Hüquqi şəxslərin yenidən təşkilinin mexanizmi üzrə qanun layihəsi hazırlanıb
Vergilər Nazirliyindəki mənbə Turan-a bildirib ki, hüquqi şəxslərin ləğvi və yenidən təşkilinin mexanizmi üzrə qanun layihəsi Milli Məclisə təqdime dilib.
«Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» AR qanununa əlavə və düzəlişlər haqqında qanun layihəsi Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi və maraqlı tərəflərin iştirakı ilə hazırlanıb. Qanun layihəsində hüquqi şəxslərin ləğvi və yenidən təşkilinin mexanizmindən söhbət gedir.
2011-ci ilin dekabrında Konstitusiya Məhkəməsi “Mingəçevir Təmir Tikinti” ASC-nin ümumi yığıncağının onun məhdud məsuliyyətli cəmiyyətə çevrilməsi barədə qərarını qanuni sayıb. Bir sıra səhmdarlar ümumi yığıncağın onların mülkiyyət hüququnu pozması ilə bağlı məhkəməyə müraciət etmişdi. Çünki iradələrinə zidd olaraq yenidən təşkil edilən hüquqi şəxsdə pay sahibi olmuşdular. Konstitusiya Məhkəməsi Milli Məclisə tövsiyə edib ki, ASC-lərin MMC-yə çevrilməsinin bütün mərhələlərini aydın göstərən qanunvericilik norması hazırlasın.
Vergilər Nazirliyində Turan-a bildiriblər ki, qanun layihəsində kommersiya hüquqi şəxslərin ləğvi və yenidən təşkili zamanı qiymətli kağızların dövriyyədən çıxarılması mexanizmi əksini tapsın. 08B
-
- İqtisadiyyat
- 13 Noyabr 2013 11:57
-
- Siyasət
- 13 Noyabr 2013 12:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz