ARDNŞ H.Əliyev adına NEZ-in istehsal göstəricilərini açıqlayıb
H.Əliyev adına NEZ-in katalitinq krekinq qurğusunun emal gücü saatda 235-240 kubmetrdir, deyə ARDNŞ məlumat verir.
Məlumata görə, hidrotəmizləmə bölməsində məhsuldarlıq 310 kubmetr/saat təşkil edir. К-306 propan kolonunun işə salınması ilə əlaqədar К-306, İD-314, HS-306/1-3, T-306, SD-306 aparatlarına daxili baxış keçirilib, yaranmış qüsurlar aradan qaldırılıb. K-306 propan kalonunun işə buraxılması “Azərikimya” İB-nin neft-kimya sənayesi üçün qiymətli xammal olan propan-propilen fraksiyasının alınmasına şərait yaradacaq.
Hazırda K-306 kolonunda PPF və BBF məhsulları yüksək keyfiyyətlə fraksiyalara ayrılır.
Eyni zamanda “Azərikimya” İB-nin Etilen-Polietilen zavoduna nəql olunan quru qazın keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə (quru qazın tərkibində olan H2S, CO cə CO2 qarışıqlarının tutulması) 54 qurğunun bazasında doymuş MEA məhlulunun regenerasiya blokunun tikinti-quraşdırma işləri sürətlə davam etdirilir.
Heydər Əliyev adına NEZ 1953-cü ildən fəaliyyət göstərir. –12D--
-
- Siyasət
- 13 Noyabr 2013 11:52
-
- İqtisadiyyat
- 13 Noyabr 2013 12:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz