Hüquqşünas Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarlarını şübhə altına alır
Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarlarının heç bir qanuni qüvvəsi yoxdur. Bu haqda bu gün vəkil Əkrəm Həsənov mayın 4-də qəbul edilən kreditləşmənin çərçivə şərtləri barədə qərarı şərh edərkən bildirib. Bu qərar mayın 6-dan qüvvəyə minir.
Ə.Həsənovun fikrincə, hələlik Palatanın kredit təşkilatları üçün hər hansı qayda qəbul etməyə heç bir səlahiyyəti yoxdur
“Belə ki, Palatanın Nizamnaməsinə əsasən onun Direktorlar Şurası nəzarət etdiyi subyektlər üçün qaydaları normativ xarakterli akt formasında qəbul etməlidir. Həmin aktlar dövlət reyestrinə (http://www.huquqiaktlar.gov.az/) daxil edilməlidir.Lakin sözügedən reyestrdə Palatanın hələlik bir qərarı belə yoxdur”, - hüquqşünas bildirib.
Bundan əlavə, “Normativ hüquqi aktlar haqqında” konstitusiya qanununda normativ xarakterli akt qəbul edə bilən qurumlar sadalanıb. Palatanın adı orada hələlik yoxdur.
Palata öz qərarlarını press-relizlər formasında təqdim edir.
“Hesab edirəm ki, banklar bu qərarlara riayət etməyə məcbur deyil və istisna deyil ki, sərf etmədikdə əməl etməyəcəklər də. Buna görə də Palata tezliklə öz səlahiyyətlərinin legitimliyinə nail olmalıdır”, - Ə.Həsənov qeyd edib.
Palata hələlik yaranmış vəziyyəti şərh etmir. 08D
-
- İqtisadiyyat
- 9 May 2016 23:39
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz