I rübdə Azərbaycanda neft və qaz hasilatı artıb
Azərbaycan I rübdə 10,562 mln ton neft hasil edib, bu, 2013-cü ilin eyni dövründəkindən 2,5% çoxdur. Energetika naziri Natiq Əliyevin 13 aprldə hökumətin iclasında məruzəsindən belə deyib.
Onun sözlərinə görə, bu dövrə ölkədə 7 mlrd 677 mln kubmetr əmtəəlik qaz çıxarılıb. Bu, 2013-cü ilin eyni dövründəkindən 557 mln kubmetr və ya 7,8% çoxdur.
Onun sözlərinə görə, “AÇG”də neft hasilatı həcmi 7 mln 908 min ton olub. Bu, plandan 214 min ton çoxdur.
"2014-cü ilin yanvarında «Qərbi Çıraq» platformasından neft çıxarılmağa başlayıb. Platformanın layihə gücü sutkada 25 min ton neft və 8 mln kubmetr qazdır. İldə bu platformadan 8,2 mln ton neft və 2,8 mlrd kubmetr qaz çıxarılacaq", - deyə Əliyev qeyd edib.
Nazirin nikbin məruzəsinə baxmayaraq, AÇG-də hasilat azalması planlaşdırılıb. Bu isə obyektiv səbəblərlə bağlıdır: 2 iri hasilat platformasında bu il təmirlə bağlı hasilat dayandırılacaq. –12В--
-
- İqtisadiyyat
- 16 Aprel 2014 13:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz