I rübdə dövlət büdcəsində neft-qaz sektorunun payı 70% olub
2014-cü ilin I rübündə dövlət büdcəsinin gəlirləri 4 mlrd 482,7 mln manat olub. Bu barədə vergilər naziri Fazil Məmmədov hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, 2 mlrd 342,6 mln manat gəlir ARDNF-dən transfertlər hesabına təmin edilib.
Dövlət büdcəsinin formalaşmasında ARDNF-nin payı I rübdə 52,26% təşkil edib.
Nazir bildirib ki, Vergilər Nazirliyini xətti ilə büdcəyə 1 mlrd 482,7 mln manat, Gömrük Komitəsinin xətti ilə 330,4 mln manat daxil olub. “ARDNF-dən transfertlər nəzərə alınmasa, büdcə mədaxilinin 36,7%-i neft-qaz sektoru, 63,3%--i qeyri-neft sektorunun payına düşür ”, - deyə Məmmədov qeyd edib.
I rübdə ARDNŞ də daxil neft şirkətləri dövlət büdcəsinə 785 mln 417 min manat ödəniş edib.
Beləliklə, dövlət büdcəsinin formalaşmasında neft-qaz sektorunun payı 69,78% (3 mlrd 128 mln 17 min) olub. –12В--
-
- İqtisadiyyat
- 15 Aprel 2014 12:28
-
- İqtisadiyyat
- 15 Aprel 2014 12:56
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz