Səngəçalda neft şirkətinin ərazisində 30 partlamamış mina tapılıb
Səngəçal qəsəbəsi yaxınlığında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) yeni inşa ediləcək Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin ərazisində, eləcə də Fransanın "Total" neft şirkətinə məxsus ərazilərdə 30 mina aşkar edilib və zərərsizləşdirilib.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) məlumatına görə, son 6 ay ərzində ANAMA tərəfindən aparılan təmizləmə işləri nəticəsində partlamamış hərbi sursatların 25-i ARDNŞ-yə, 5-i isə "Total"a məxsus ərazidə tapılıb.
Aşkar edilmiş hərbi sursatlar arasında tank əleyhinə minalar, köhnə əl qumbaraları, 100 mm-lik top, 125 mm-lik tank mərmiləri, onlar üçün müxtəlif çeşidli fitillər, eləcə də digər partlayıcı maddələrin qırıntıları və s. var. Ərazidə minatəmizləmə əməliyyatları 2014-cü ilin sonunadək davam etdiriləcək.
Vaxtilə SSRİ Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələrinin Bakı Hərbi Dairəsinə (30 hektar) və Müdafiə Nazirliyinin Xəzər Donanmasına (50 hektar) məxsus olan həmin ərazilərin müəyyən hissəsi təlim poliqonu kimi istifadə edilib.—12D—
-
- İqtisadiyyat
- 15 Aprel 2014 12:49
-
- Bazarların icmalı
- 15 Aprel 2014 13:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz