I yarımildə neft hasilatı 1,6 mln ton azalıb
Dövlətstatkomun məlumatına görə, 1 iyul 2012-ci il üçün Azərbaycanda 22,2 mln ton neft çıxarılıb. Bu, ötən ilin eyni dövründəkindən 1,68 mln ton və ya 7,1% azdır. O vaxt ölkədə 23,88 mln ton neft hasil edilmişdi. Bu isə 2010-cu ilin eyni dövründəkindən (25,33 mln ton) 1, 45 mln ton azdır.
Amma hasilat sənayesində vəziyyətə məsul olan şəxslər bunun səbəblərini ictimaiyyətə açıqlamırlar.
Dövlətstatkom öz saytında məlumat verir ki, neft sektorunda istehsalın azalması hesabat dövründə 5,2% olub.
Bundan başqa, deyilən dövrdə ölkədə 8,8 mlrd m3 əmtəəlik qaz (2011-ci ilin yanvar-iyununda hasilat barədə hesabatda əmtəəlik qaz yox, təbii qazın ümumi hasilat həcmi göstərilib - 12,9 mlrd m3) çıxarılıb
I yarımildə cəmi 17,5 mlrd manatlıq sənaye məhsulu istehsal edilib. Bu, ötən ilin eyni dövründəkindən 3% azdır. Sənaye istehsalının 77,1%-i hasilat, 17,6%-i emal sənayesinin payına düşüb. --12D--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz