İctimai nəqliyyatda qiymət məsələsinə baxılmayacaq
İctimai nəqliyyatda qiymətlərin artırılacağı ilə bağlı yayılan məlumatlar əksini tapmayıb. Belə ki, İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, ictimai nəqliyyatda gediş haqlarının qaldırılması ilə bağlı Tarif Şurasına heç bir müraciət daxil olmayıb. “Bu məsələ Tarif Şurasının gündəmində deyil”, - o qeyd edib.
Bu gün bir sıra yerli media orqanları ictimai nəqliyyatda gediş haqlarının qaldırılması üçün sahibkarların Tarif Şurasına müraciət etməsi ilə bağlı məlumatlar yayıb.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov da sahibkarların ictimai nəqliyyatda gediş haqlarının artırılması ilə bağlı müraciətlər etdiklərini təsdiqləyib. -03D-
-
- Cəmiyyət
- 18 Noyabr 2013 13:36
-
- İqtisadiyyat
- 18 Noyabr 2013 14:08
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz