İki ildən sonra Azərbaycanın neft gəlirləri kəskin azalacaq
Azərbaycan hökumətinin proqnozuna görə, 2015-ci ildən dünyada neftin qiyməti düşəcək.
Milli Məclisdə iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənov deyib ki, 2014-cü ildə büdcədə neftin qiyməti 1 barrel üçün $100 qoyulub, sonrakı 3 ildə $80 olacaq.
Həsənova deyib ki, bu dövrdə neft sektorunda sabit artım olacaq neft hasilatı 40,5 ildə mln ton, qaz hasilatı 27,4 mlrd m3 olacaq.
Onun sözlərinə görə, 2017-ci ildə ÜDM-in 72%-i qeyri-neft sektorunun hesabına formalaşacaq.
Amma büdcə paketindən görünür ki, 2015-ci ildən sonra neft hasilatı azalacaq. 2017-ci ildə hökumətin nikbi ssenarisinə görə (başqa ssenari yoxdur - red.) hasilat həcmi 39,7 mln ton olacaq. Həmin vaxt neftin qiyməti də ucuzlaşacaq və neftə gəlirləri kəskin azalacaq.–12В--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz