İkinci sənaye məhəlləsi yaradılır
Prezident İlham Əliyev iyunun 13-də Masallı Sənaye Məhəlləsinin yaradılması haqda sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti 3 ay ərzində məhəllədən ötrü 10 hektar torpaq sahəsinin ayrılmasını təmin etməlidir. Masallıdakı sənaye məhəlləsinin idarə olunması, inkişafı, fəaliyyətinin təşkili Azərbaycan İnvestisiya Şirkətinə həvalə edilib.
İqtisadiyyat Nazirliyi isə məhəllənin xarici və daxili infrastrukturunun yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün zəruri tədbirlər görməlidir.
2014-cü ildə Neftçala Sənaye Məhəlləsinin yaradılması barədə qərar qəbul edilib. Orda zəruri infrastruktur yaradılıb və rezidentlər seçiləcək.
Regionlarda sənaye məhəllələrinin yaradılmasında məqsəd kiçik və orta sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, əhalinin məşğulluğunun yüksəldilməsidir. 08D
-
- Siyasət
- 14 İyun 2016 11:46
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz