İl ərzində Azərbaycan banklarının aiktivləri 24% artıb
İyunda Azərbaycan banklarının məcmu aktivləri 191,58 mln manat və ya 1,1% artaraq 18186,26 mln manat olub. İlin əvvəlindən bank aktivləri 10%, illik müddətdə 23,6% artıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 1 iyul üçün banklarda nağd vəsait 774 mln manat, müxbir hesablarında vəsait 998,3 mln manat, maliyyə sektorunun kreditləşməsi 720,2 mln manat, müştəri kreditləşməsi 12551,7 mln manat, investisiya həcmi 1573,8 mln manat, başqa aktivlər 1568,2 mln manat olub.
Bank sisteminin öhdəlikləri iyunda 107,51 mln manat və ya 0,7% artaraq 15329,35 mln manata çatıb. Bundan 8436,2 mln manatı depozitlər, 5876,3 mln manatı maliyyə sektoruna verilən vəsaitlər və 1016,9 mln manatı başqa öhdəliklər təşkil edib.
Bankların ümumi kapitalı il ərzində 633,7 mln və ya 28,5%, iyunda isə 84,1 mln manat və ya 3% artaraq 2856,9 mln manat olub. --15B--
-
- Siyasət
- 14 Avqust 2013 15:01
-
- İqtisadiyyat
- 14 Avqust 2013 15:06
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz