İnsan alveri qurbanları Azərbaycandan çıxarılmayacaq

Nazirlər Kabineti immiqrant statusu olmayan xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslərin ölkədən çıxarılması qaydalarını təkmilləşdirib. 

İndi şəxsiyyəti məlum olmayan insan alveri qurbanları Azərbaycandan çıxarılmayacaq. 

Onlara öz perspektivini düşünmək üçün 1 il vaxt veriləcək. Bundan sonra hökumət onlara rəsmi miqrant statusu verəcək. 

Hökumətin qərarı dövlət başçısının "Miqrasiya Məcəlləsi"nin təsdiqi barədə qanunu imzalaması ilə bağlıdır. --17D— 

 

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti