İl ərzində GoldenРay-ın tranzaksiya həcmi 22 dəfə artıb
İlin əvvəlindən GoldenРay 10,5 mln manatlıq tranzaksiya işləyib. Bu, ötən ilkindən 22 dəfə çoxdur.
GoldenРay sistemində aylıq tranzaksiya 200 minə çatıb. GoldenРay-da tranzaksiyaların ümumi həcmi ilin əvvəlindən 31,7% artıb. Yanvar-iyulda bu göstərici 198,5 mini keçib. Ötən il bu göstərici 56,7 min olub.
Daha çox tranzaksiya mobil və stasionar rabitə üzrədir, ikinci yerdə kommunal xidmət (qaz, su, elektrik haqqı ödənişi), üçüncü yerdə İnternet xidməti, kabel TV, bank kreditlərinin ödənilməsidir.
GoldenPay əsasında qurulan Hesab.az portalı bank kartları vasitəsilə bu xidmətlər üzrə online ödəniş imkanı yaradır. Istifadəçilər bank krediti ödəyə, online-sığortadan istifadə edə bilərlər. Hazırda portalda 69,4 min istifadəçi qeydiyyatdan keçib. Hesab.az-da tranzaksiya sayı 2 mln-a çatır. Bununla bağlı şirkət 2 mln-cu istifadəçini mükafatlandıracaq. Yaxın günlərdə qalib müəyyən olacaq və Nokia Lumia 720 telefonu əldə edəcək. —15D--
-
- İqtisadiyyat
- 6 Avqust 2013 13:13
-
- Siyasət
- 6 Avqust 2013 13:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz