AXA Group-un AXA MBASK-ın nizamnamə kapitalında payı 84%-ə çatıb
AXA MBASK sığorta şirkətinin səhmdar kapitalının strukturu dəyişib. Əsas səhmdar AXA Group-un nizamnamə kapitalında payı 84%-ə çatıb.
2010-cu ilin oktyabrında o, səhm nəzarət paketini (51%) alıb, 2012-ci ilin yekununda 8 mln 732 min 520 manatlıq 22 min 860 səhmə sahib olub. (bir səhmin nominalı 382 manat). Bunun 8 min. 634-ü və ya 37,769% bir Azərbaycan vətəndaşına, 14 min. 226 və ya 62,231% əcnəbiyə məxsus olub.
AXA Group sonradan payını 84%-ə (19 min 202 səhm və ya 7 mln 353,17 min manat) çatdırıb. Qəribov Eldar 16% paya malikdir.
AXA MBASK sığorta şirkəti yerli bazarda 1992-ci ildən fəaliyyət göstərir və 25 könüllü, 4 icbari sığorta növü üzrə xidmət edir. "MBASK"ın ölkədə 5 filial və təmsilçiliyi var. 2010-cu ilin oktyabrında MBASK əsas səhmdarını dəyişib. Şirkətin səhm nəzarət paketini (51%) AXA Group (Fransa) öz törəmə şirkəti AXA Sequros Generales, S.A, De Sequros Y Reasequros (İspaniya) vasitəsilə alıb. --17D—
-
- Siyasət
- 6 Avqust 2013 11:48
-
- İqtisadiyyat
- 6 Avqust 2013 13:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz