İl ərzində neft sektorunda məhsul istehsalı 2,4% azalıb
Azərbaycanın sənaye müəssisələri və hüquqi şəxs yaratmayan sahibkarlar yanvar-avqustda 22,6 mlrd manat (ötən ilin eyni dövrü ilə müqayisədə - 1,2%) məhsul istehsal edib. Dövlətstatkoma görə, bunun 72,1%-i və ya 16,2 mlrd manat hasilatın payına düşüb. Bu dövrdə 28,6 mln ton neft və 12,3 mlrd kubmetr qaz istehsal olunub.
Emal sənayesində 5 mlrd manatlıq məhsul istehsal edilib. Daha çox artım (+78,9%) zərgərlik, musiqi alətləri, idman malları və tib avadanlığı istehsalında olub. Tütün istehsalı 75% artıb.
Avtomobilqayırmada rekord (+91,1%) artım qeydə alınıb. Arayış üçün Belarus traktirlarının yığımı 3 dəfə artıb. Paltar istehsalı (Bakı Tikiş Evi) 45,7%, elektrik avadanlığı 20,8%, tikinti materialları istehsalı 18,9% artıb. Qeyri-neft məhsulu emalı 3,3 mlrd manat və ya 14,6% paya malik olub. Elektrik, qaz və buxar istehsalı və paylanması 1,2 mlrd manat təşkil edib.
Qeyri-neft sektorunda məhsul istehsalı 5,4% artıb, neft sektorunda məhsul istehsalı 2,4% azalıb.--17D—
-
- İqtisadiyyat
- 17 Sentyabr 2014 19:59
-
- İqtisadiyyat
- 17 Sentyabr 2014 20:06
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz