İl gömrük üçün də ağır olacaq
Bu ilin yanvarında Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 103 mln 745,7 min manat mədaxil olub. Bu, ötən ilin eyni dövründəkindən 6,6% çoxdur. Amma bu templə planı (1 mlrd 590 mln manat) yerinə yetirmək çətin ki mümkün olsun.
DGK-nın məlumatına görə, yanvarda 31,9 mln manat və ya 30,8% idxal gömrük rüsumunun payına düşüb. Bir il əvvəl ümumi yığımda gömrük rüsumunun payı 19,5% idi. 66,3 mln manat ƏDV yığılıb. Bu, ötən ilin eyni dövründəkindən 8,1 mln manat azdır.
Martın 1-dən Azərbaycanda bir sıra mallar üzrə yeni aksiz dərəcəsi (avtomobil, qiymətli daşlar, alkoqol, siqaret) qüvvəyə minir.
Müstəqil ekspertlərin fikrincə, gömrük rüsumu və vergisi resursları planı artıqlamasilə yerinə yetirməyə imkan verir. Azərbaycanın bir sıra ticari tərəfdaşları ilə «güzgü statistikasına» əsaslanaraq qeyd edilir ki, hər il idxalın 25%-i gömrük statistikasında əksini tapmır. 08D
-
- Siyasət
- 13 Fevral 2015 12:13
-
- İqtisadiyyat
- 13 Fevral 2015 12:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz