İlham Əliyev: Azərbaycan neft hasilatını artıracaq
Azərbaycan neft hasilatını artıracaq, bu barədə Azərbaycan prezidenti İlham Əliyev 23-cü Beynəlxalq Xəzər Neft və Qaz - Caspian Oil & Gas 2016 sərgisinin açılışında bildirib.
Xüsusən, Əliyev ölkənin ən böyük yatağı olan “Azəri-Çıraq-Günəşli”də hasilatın artacağının nəzərdə tutulduğunu bildirib.
Əliyev həmçinin Cənub Qaz Dəhlizi layihəsində Azərbaycanın aparıcı rolunu qeyd edib. “Artıq layihənin praktiki həyata keçirilməsinə başlanılıb: 2015-ci ildə TANAP layihəsinin, 2 ay əvvəl isə bünövrəsi qoyulub.
Bütün bunlar bizim təşəbbüsümüzlə beynəlxalq əməkdaşlıq sayəsində mümkün olub. Biz öz neft və qazımızı dünya bazarına çıxarmağa çalışırdıq. Bunda tranzit ölkələr və istehlakçılar da maraqlıdır. Yeddi ölkə Cənub Qaz Dəhlizinin iştirakçısıdır, Balkan ölkələri ilə də razılaşmalar var”, deyə Əliyev bildirib.
Bakı-Tbilisi-Ərzurum qaz kəməri tikilməsəydi bu enerji dəhlizinin həyata keçirilməsi mümkün olmazdı. Onun uzunluğu boyunca Şərq-Qərb nəqliyyat dəhlizi də çəkilir, bu istismara veriləcək Bakı-Tbilisi-Qars dəmiryolu onun mühüm komponentidir. -16D-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz