İlin əvvəlindən 14,5 min insan icbari sosial sığorta hesabına sahib olub
Fevralın 1-ə olan vəziyyətə görə, 2 mln 993 min 735 nəfərin (ilin əvvəli ilə müqayisədə +0,6% və ya 17 min 417 nəfər) fərdi icbari sosial sığorta hesabı var.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətinin məlumatında deyilir ki, fərdi sosial sığorta hesabına malik olanların 59,1%-i kişi, 40,9%-i qadındır.
DSMF-nun məlumatına əsasən, ən çox fərdi hesaba malik olanlar 30 yaşdan 40 yaşa qədər olan işləyən şəxslərdi (sosial söğorta ödəyənlərin 24,6%-i), 33 yaşa qədər olanlar ödəyicilərinin 22%-i, 40 yaşdan 50 yaşa qədər olanlar 21%-i, 50 yaşdan 60 yaşa qədər olanlar 21,2%-i, 60 yaşdan yuxarı olanlar 11,2%-i təşkil edib.
Xatırladaq ki, pensiya sistemi islahatı 2006-cı ilin yanvaın 1-də keçirilib, nəticədə ölkə fərdi sosial sığorta hesabının tətbiqinə keçib. Bu seqmentdə hər ödəyici üçün fərdi hesab açılır və orda onun icbari sosial sığorta üçün ödənişləri toplanır. --17D—
-
- İqtisadiyyat
- 9 Fevral 2015 13:19
-
- Cəmiyyət
- 9 Fevral 2015 13:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz