İlin əvvəlindən 58 min yeni iş yeri açılıb
Dövlət Statistika Komitəsi bu ilin I yarısında açılan yeni iş yerləri barədə statistika açıqlayıb. Məlumata əsasən, ötən müddətdə 58 min yeni iş yeri yaradılıb. Onların 40,4 mini daimidir. Maraqlıdır ki, bu məlumat yanvar-iyun üzrə məşğul əhalinin sayı barədə rəqəmlərə ziddir.
DSK-ya görə, iyulun 1-i üçün məşğul əhalinin sayı 4 388,6 min nəfərdir. Bu, 2011-ci ilin eyni dövründəkindən 13,4 min nəfər çoxdur. Beləliklə, qalan 45 min yeni iş yerinin harada açılması müəmma olaraq qalır. DSK-da etiraf edirlər ki, açılan yeni iş yerləri barədə məlumatlar real işlə təmin edilənlərlə üst-üstə düşməyə bilər.
Bildirilir ki, 2009-2013-cu illəri əhatə edən regionların sosial-iqtisadi inkişafının ikinci Dövlət Proqramının icrası ilə əlaqədar 2012-ci il iyulun 1-ə ölkədə 299,0 min yeni, o cümlədən 219,9 min daimi iş yeri açılıb. Yaradılmış iş yerlərinin 70.1 faizi regionların payına düşür. İş yerlərinin 87.8 faizi qeyri-dövlət sektorunda açılıb.
Xatırladaq ki, hökumət regionların sosial-iqtisadi inkişafının birinci Dövlət Proqramı çərçivəsində 5 ildə 700 min yeni iş yeri açılması barədə məlumat verib. 08B
-
- İqtisadiyyat
- 14 Avqust 2012 14:33
-
- Siyasət
- 14 Avqust 2012 15:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz