- İqtisadiyyat
- 12 Noyabr 2014, 17:10
- 167
İlin əvvəlindən əhalinin NIKOIL Bank-a qoyuluşları 25 mln. AZN artıb
2014-ci ilin 10-cu ayının yekunları üzrə bankın fiziki şəxslərdən qəbul etdiyi əmanətlərin həcmi 164 mln. AZN təşkil edib və ilin əvvəlindəki ilə müqayisədə 19% artıb.
"Özəl əmanətlərin həcminin artması "Nikoyl" İKB ASC-nin pərakəndə biznes inkişafının prioritet istiqamətlərindən biridir. Bu vəzifənin həyata keçirilməsi üçün biz şərtləri daim təkmilləşdirir, xüsusi mövsümi təkliflər təqdim edirik. Əmanətlərin bu cür əhəmiyyətli artımı Bankın Azərbaycan bazarında nüfuzunun yüksək, satış şəbəkəsinin isə geniş olması ilə əlaqəlidir", - deyə Bankın İdarə Heyətinin sədr müavini Sergey Savelyev bildirib.
“Ənənəvi olaraq, Nikoil Bank Yeni İl bayramı ərəfəsində öz əmanətçiləri üçün sürpriz hazırlayır. Odur ki, xəbərlərimizi izləyin!”- deyə o, əlavə edib.
S. Savelyevin sözlərinə görə, Bankın filial şəbəkəsinə həm Bakıda, həm də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsi daxildir. NIKOIL Bankın fəaliyyəti və onun mövcud məhsulları və xidmətləri haqqında ətraflı məlumatı www.nikoil.az saytında və ya (012) 981 qısa telefon nömrəsinə zəng edərək almaq mümkündür.
Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil?ref=hl
-
- Siyasət
- 12 Noyabr 2014 17:16
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz