İlin əvvəlindən neft emalında 6,2% artım olub
2013-cü ilin 11 ayında ARDNŞ-nin neft emalı zavodları 2012-ci ilin eyni dövrü ilə müqayisədə istehsal həcmini 6,2% artırıb. Bu barədə Dövlətstatkom aylıq hesabatında bildirir.
Məlumata görə, yanvar-noyabrda ölkədə 2 mln 287,5 min ton dizel yanacağı (+5,4%), 1 mln 286,1 min ton avtomobil benzini (+8,9%), 645,3 min ton kerosin (+11,5%), 288,1 min ton neft bitumu (+7,1%) istehsal edilib.
11 ayda ilkin emal benzini istehsalı 8,5% - 124,5 min tona, sürtkü yağları 27,1% - 43,8 min tonadək azalıb. –12В--
-
- İqtisadiyyat
- 19 Dekabr 2013 10:31
-
- İqtisadiyyat
- 19 Dekabr 2013 10:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz