Azərbaycan bir ton neft məhsulunu $738-a ixrac edir
Gömrük Komitəsinin ölçü-nəzarət cihazlarına əsasən, 2013-cü ilin 11 ayında Azərbaycan 1 mln 486 min ton neft məhsulları ixrac edib.
DGK-nın məlumatına görə, bu dövrdə $1,097 mlrd məbləğində neft məhsulları ixrac edilib. Yəni 1 ton neft məhsulu $738-a ixrac edilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə qiymət ekvivalentində neft məhsulları ixracı 9,64% azalıb. Qeyd edək ki, 2012-ci ildə Azərbaycan 1,614 mln ton neft məhsulları ixrac edib.
Ötən il $1,321 mlrd məbləğində ton neft məhsulları ixrac edilib. 2011-ci illlə müqayisədə neft məhsulları ixracı 370 min ton azalıb.--0--
-
- İqtisadiyyat
- 19 Dekabr 2013 10:38
-
- İqtisadiyyat
- 19 Dekabr 2013 11:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz