Noyabrda 8 895 minik avtomobili idxal edilib
Bu ilin 11 ayında Azərbaycana 93 686 avtonəqliyyat vasitəsi gətirilib. Bu, ötən ilin eyni dövründəkindən (92 828) 0,9% çoxdur. Noyabrda 8 895 avtonəqliyyat vasitəsi idxal edilib.
Gömrük Komitəsinin məlumatına görə, ötən dövrdə rəsmi təmsilçilər və dilerlər, eləcə də fiziki şəxslər ölkəyə 85 174 minik avtomobili (noyabrda - 8 218) gətirib. Bu, ötən ilin eyni dövründəkindən 3,6% çoxdur.
Bu il xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri, avtobus və yük avtomobillərinin idxalı azalıb. İlin əvvəlindən 772 traktor, ekskavator, buldozer, kran və s. gətirilib. Bu, ötən ilin eyni dövründəkindən 22,6% azdır. Həmçinin 740 avtobus və mikroavtobus (mənfi 256) və 7000 yük maşını (mənfi 1631) idxal edilib.
2014-cü ilin yanvarından ölkədə avro-3 standartı tətbiq edilir. Bunun işlənmiş avtomobillərin idxalını azaldacağı göszlənilir. 08D
-
- İqtisadiyyat
- 19 Dekabr 2013 10:48
-
- İqtisadiyyat
- 19 Dekabr 2013 11:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz