İlin əvvəlindən ARDNŞ qazın 1000 kubmetrini $233,4-a satıb
Sayğacların göstəricilərinə əsasən, yanvar-noyabrda Azərbaycandan 6,424 mlrd kubmetr qaz ixrac edilib. Gömrük Komitəsinin məlumatına görə, gömrük bəyannamələri ilə $648,646 mln məbləğində 2,779 mlrd kubmetr qaz ixrac edilib. Yəni 1000 kubmetr qaz $233,4-a satılıb.
2012-ci ilin eyni dövrü ilə müqayisədə qaz ixracı (pul ekvivalentində) 15,52% artıb. Ölkə ixracatında qaz 2,95% paya malik olub.
Qeyd edək ki, 2012-ci ildə sayğacların göstəricilərinə əsasən, Azərbaycandan 6,99 mlrd kubmetr qaz ixrac edilib.
Bu həcmdən gömrük bəyannamələri ilə $648,717 mln məbləğində 2,714 mlrd kubmetr qaz ixrac olunub.
Hazırda ARDNŞ Rusiya, Gürcüstan, Naxçıvan MR üçün İrandan qaz göndərir.
Qeyd edək ki, “Şahdəniz” yatağında çıxarılan qaz gömrükdə bəyan edilmir. –12В--
-
- Cəmiyyət
- 19 Dekabr 2013 09:57
-
- İqtisadiyyat
- 19 Dekabr 2013 10:38
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz