İlkin daşinmaz əmlak bazarinda əməliyyatlar 14,3% azalib
Bu ilin yanvar-aprelində Azərbaycanda 44,7 min daşınmaz əmlak obyektinin mülkiyyət hüququ qeydiyyata alınıb. Bu, 2011-ci ilin eyni dövründəkindən 6,8% çoxdur. Əmlak hüququnun ilkin qeydiyyatı 14,3% azalıb.
Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə, bu ilin 4 ayında 13 267 daşınmaz əmlak obyektinin hüququ təsdiqlənib. Daşınmaz əmlak növləri üzrə struktur açıqlanmır.
Təkrar daşınmaz əmlak bazarında 19,1% artım olub. Alqı-satqı predmeti olan 31,4 min obyekt üzrə daşınmaz əmlak obyektinin mülkiyyət hüququ qeydiyyata alınıb. Yanvar-apreldə əməliyyat üzrə torpaq sahələri liderdir - 16 828. Dövlət mənzil fonduna məxsus olub özəlləşdirilənlır də daxil 15 998 mənzilin hüququ sənədləşdirilib. 9,2 min fərdi ev və bağ evinin mülkiyyəti üzrə çıxarış alınıb.
Yanvar-apreldə mülkiyyət hüququ qeydiyyatının üçdə birdən çoxu Bakının payına düşür – 15,6 min. Bunların böyük hissəsi (11,2 min) mənzillərdir. --08D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz