İllik hesablamada inflyasiya 2,3% olub
Bu ilin yanvar-noyabrında Azərbaycanın istehlak bazarında inflyasiya 2,3% olub. Bu, 2012-ci ilin eyni dövründəkindən 1,1% çoxdur. Bu barədə Turan-a Dövlətstatkomda bildiriblər. Ekspertlərin fikrincə, dekabr nəzərə alınmaqla illik inflyasiya 4%-dən az olmayacaq.
Rəsmi məlumata görə, yanvar-noyabrında illik hesablamada ərzaq 2,2%, qeyri-ərzaq malları 0,6%, xidmətlər 3,4% bahalanıb.
Xatırladaq ki, bu ildən vətəndaş cəmiyyəti alternativ inflyasiya hesablaması aparmır.
Dekabrda hökumət yanacağı bahalandırıb, telekommunikasiya xidmətlərinin qiymətinə də yenidən baxıb. 08D
-
- Siyasət
- 10 Dekabr 2013 13:13
-
- İqtisadiyyat
- 10 Dekabr 2013 13:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz