İnvestisiyaların təşviqi sertifikatının verilməsi qaydasını prezident müəyyən edəcək
İyulun 5-dən iqtisadiyyat naziri Şahin Mustafayevin (http://www.huquqiaktlar.gov.az/StatementDetails.aspx?statementId=35277) əmri qüvvəyə minib. Orda kollegiyanın 28 iyun tarixli qərarı təsdiq edilib.
Sənədə əsasən, martın 1-dən qüvvədə olan investisiyaların təşviqi sertifikatının formasına dəyişiklik edilib. İndi investisiya layihələrinin adı tam olacaq, verilmə qaydasını isə hökumət yox, prezident müəyyən edəcək. Bu isə layihələri daha cəlbedici edəcək.
Nazirliyin hüquq şöbəsi bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etməlidir.
Turan ekspertlərinin fikrincə, İqtisadiyyat Nazirliyinin bu addımı onu göstərir ki, xarici və yerli investorlar total dövlət idarəetməsindən tələb-təklif prinsipinə keçilmədiyi üçün iqtisadiyyata vəsait qoymaq istəmir. --17D—
-
- İqtisadiyyat
- 10 İyul 2016 15:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz