İnvestisiyaların üçdə ikisi qeyri-neft sektoruna yönəldilib
Bu ilin 4 ayında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkisafı ucun butun maliyyə mənbələrindən əsas kapitala 4252,7 milyon manat vəsait yonəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,4% çoxdur. Dövlətstatkoma görə, investisiyaların üçdə ikisi (2,8 mlrd manat, +26,6%) qeyri-neft sektoruna yönəldilib.
İnvestisiyaların strukturunda sənaye sektoru üstünlük təşkil edir – 47,2%. Ardınca həcmə görə nəqliyyat və anbar təsərrüfatı – 17,5%, dövlət idarəçiliyi – 8,1%, mənzil tikintisi – 7,6%, kənd təsərrüfatı (4,4%) və s. gəlir.
Neft sektoruna investisiya tempi yanvar-apreldə qeyri-neft sektorunu 5,8% qabaqlayıb və 1,4 mlrd manat olub.
Daxili investisiyaların xüsusi çəkisi 72,2% təşkil edib. Daxili mənbələrdən əsas kapitala yonəldilmis vəsaitlərdə dövlət büdcəsi vəsaitləri və ARDNF-dən transfertlər də daxil dövlət investisiyaları 78,6 faiz təşkil edib. Dövlət budcəsindən iqtisadiyyatın maliyyələşdirilməsi həcmi 1883,4 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,6% çoxdur. 08B
-
- Cəmiyyət
- 17 May 2013 13:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz