İnvestorlar 400 SC-dən QKDK-ya şikayət edib
Bu ilin 8 ayında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə 221 şikayət məktubu daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə QKDK-ya müraciət sayı 36% artıb. Maraqlıdır ki, Azərbaycan Dünya İqtisadi Forumunun maliyyə sektorunda qlobal rəqabət indeksində 2013-2014-cü illərdə irəliyə sıçrayış edib.
QKDK-ya görə, investorlar 404 SC-də hüquqlarının pozulmasından şikayət edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 145 SC və ya 56% çoxdur. QKDK 144 hüquqi şəxsə 200-dən 300 manatadək cərimə təyin edib. Ümumi cərimə məbləği 29,7 min manat olub. Bu, ötən ilin yanvar-avqustundakından 22% azdır.
Qanunvericiliyə əsasən, səhmdarların ümumi yığıncağı maliyyə ilinin I yarısında keçirilməlidir. Yığıncaqdan sonra 1 ay müddətinə illik hesabat açıqlanmalıdır. Amma sentyabrın 1-i üçün cəmi 316 SC QKDK-ya illik hesabat göndərib. Bunun onda biri mətbuatda gedib. Demək, səhmdar cəmiyyətlərdə vəziyyət, o cümlədən maliyyə situasiyası barədə investorların informasiya mənbəyi yoxdur. 08D
-
- Cəmiyyət
- 13 Sentyabr 2013 12:44
-
- İqtisadiyyat
- 13 Sentyabr 2013 13:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz