- İqtisadiyyat
- 13 Sentyabr 2013, 13:03
- 195
Dövlət məcburi köçkünlərin növbəti nəslinə də dəstək verəcək
Azərbaycanda məcburi köçkünlərin növbəti nəsli yaranıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə (http://e-qanun.az/print.php?internal=view&target=1&docid=26565&doctype=0) məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə dəyişiklik edilib. Sənədə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusu verilir.
Sənəd 9 sentyabrda imzalanıb və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilib. Bu gündən qüvvəyə minir.
Komitənin məlumatına görə, ölkədə 600 min 800 məcburi köçkün var. Onların 63%-i və ya 378 min 505 nəfəri əmək qabiliyyətlidir.
Komitənin məcburi köçkünləri yerləşdirməli, sosial müdafiəsini, məşğulluğunu və s. təmin etməlidir.
Komitənin qərarları cəmiyyət üçün açıq deyil. Son 20 ildə yüz milyonların ayrılması barədə qarışıq məlumatlar verilir. Komitəyə ən çox vəsait 2008-ci ildə ayrılırb - $1,3 mlrd. Neft Fondundan transfert $850 mln, beynəlxalq təşkilatların krediti $738 mln olub. Komitə sədrinin sözlərinə görə, son 20 ildə bu kateqoriya əhali üçün 4,3 mlrd manat xərclənib. Tikilən 78 qəsəbədə 31 min mənzil var. --17D—
-
- İqtisadiyyat
- 13 Sentyabr 2013 13:00
-
- Analitika
- 13 Sentyabr 2013 13:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz