İnvestorlara Ceyranbatan Dəmir-Beton zavodu təklif edilir
Əmlak Məsələləri Dövlət Komitəsi “Ceyranbatan Dəmir Beton” ASC-nin səhmlərinin 99,23%-nin satışı üzrə investisiya müsabiqəsi elan edir. ASC Ceyranbatan Dəmir-Beton zavodunun bazasında yaradılıb və səhmlərin nominal qiyməti 1 mln manatdır.
İddiaçılar qarşısında şərtlər yumşaqdır: müəssisəyə ən azı 2 mln manat qoyulmalıdır. 50-dən az olmayaraq iş yerinin yaradılması öhdəliyi götürülməlidir.
Müsabiqənin qalibi dövlət büdcəsinə 800 min manat ödəməlidir.
Bundan başqa, 2 ay ərzində əmək haqqı borcu ödənilməlidir. Məsləhətçi şirkətinə 3 min manat məbləğində vəsaitin ödənilməsi təmin edilməlidir.
Dövlət müəssisənin profilinin saxlanmasını tələb etmir. İnvestor istənilən istehsal yarada bilər. İnvestorların təklifinə aprelin əvvəlində baxılacaq.
Zavod 1965-ci ildə tikilib, 12 nəfər çalışır.
Bu, ƏMDK-nin bu il üçüncü investisiya müsabiqəsidir. 2016-cı ilin iyulunda özəlləşdirilmənin yeni mərhələsi başlayandan Azərbaycanda heç bir müəssisə bu dövlətsizləşdirmə metodu ilə özəlləşdirilməyib. 08D
-
- Analitika
- 6 Mart 2017 14:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz