İpoteka Fondu bazara dəstək üçün 20 mln manat borc alacaq
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bazar ertəsi Azərbaycan İpoteka Fondunun (AİF) 20 mln manat məbləğində adlı faizli təminatlı sənədsiz istiqrazlarının emissiya prospektini qeydiyyata alıb. Bir istiqrazın nominl qiyməti 1 min manatdır.
Bu buraxılış sayca yeddinci olacaq. Birinci 7 illik təminatlı istiqrazların həcmi 55 mln manat, ikinci 10 illik təminatsız istiqrazların həcmi 75 mln manat, üçüncü 7 illik təminatlı istiqrazların həcmi 60 mln manat, dördüncü 7 illik faizli təminatlı istiqrazların həcmi 20 mln manat, beşinci 10 illik faizli təminatlı istiqrazların həcmi 30 mln manat, altıncı 10 illik təminatlı istiqrazların həcmi 40 mln manat olub.
AİF bazarda borc aldığı vəsaitlərdən müvəkkil bankların verdiyi krediti təkrar maliyyələşdirmək üçün istifadə edir. Bundan başqa, hər il dövlət büdcəsindən güzəştli kreditləri təkrar maliyyələşdirmək üçün 20 mln manat ayrılır. 2013-cu ildə sosial ipotekaya iki dəfə çox vəsait ayrılıb.
İpoteka kreditləri Azərbaycan vətəndaşlarına, 50 min manata qədər, 25 ilədək müddətə, illik 8%-dən çox olmamaqla verilir. Güzəştli kreditlər 35 min manatadək, 30 ilə qədər müddətə, illik 4%-dək dərəcə ilə verilir. --15B--
-
- Siyasət
- 2 Oktyabr 2013 18:56
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz