Əfqanıstandakı qoşun və yüklərin Azərbaycan ərazisi ilə daşınması başlanıb
Əfqanıstandakı qoşunların və qeyri-hərbi yüklərin Azərbaycan ərazisi vasitəsi ilə daşınması başlanıb.
Turan-ın bu barədə sualının cavabında Amerikanın Azərbaycandakı səfirliyindən bildiriblər ki, Azərbaycan Əfqanıstandakı qoşunların və qeyri-hərbi təchizatın daşınmasında davamlı və əsas rol oynayır. “Bu işləri həyata keçirmək üçün Azərbaycan bir neçə qovşaqdan biridir. Biz gözləyirik ki, bu yüklərin daşınması qarşıdakı bir neçə il ərzində davam edəcək”, deyə səfirlik qeyd edib. -03B-
-
- İqtisadiyyat
- 2 Oktyabr 2013 18:55
Siyasət
-
COP29 iqlim sammitində əldə edilən razılaşma BMT Baş Katibi Antoniu Quterreş tərəfindən iqlim dəyişikliyinə qarşı qlobal səylərdə mühüm addım kimi qiymətləndirilib. Yüksək səviyyəli müzakirələrin yekununda çıxış edən Quterreş, bu razılaşmanın qlobal istiləşməni 1,5°C həddində saxlamaq məqsədini qorumaq üçün həlledici olduğunu vurğulayıb. Bu hədd iqlim dəyişikliyinin ən pis təsirlərini qarşısını almaq üçün kritik hesab olunur.
-
Noyabrın 23-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi məkanda müxtəlif ölkələrdən olan ekofəlallr liderlərin kifayət qədər iqlim maliyyəsi ödənilməsi barədə razılığa gələ bilməməsinə etiraz olaraq aksiya keçirib.
-
Bakıda COP29 iqlim konfransının bağlanışı ərəfəsində Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda həbs olunmuş jurnalistlərin cinayət işlərinə diqqəti yönəldib.
-
Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu sessiyası üzrə danışıqlar 24 noyabr tarixinə qədər uzadılıb. Bu barədə UNFCCC Katibliyindən bir mənbə Turan informasiya agentliyinə məlumat verib. Mənbənin sözlərinə görə, iştirakçılar həmin tarixə qədər yekun sənədləri razılaşdırıb imzalamağı planlaşdırırlar.
Rəy yaz