İpoteka Fondu Maliyyə Nazirliyinin istiqrazlarını alır
Mərkəzi Bank yanında Azərbaycan İpoteka Fondu (AİF) Maliyyə Nazirliyinin buraxdığı dövlət qısamüddətli istiqrazları (DQİ) alır. Bununla da fond cari likvidliyi təmir edir, - investisiya şirkətlərindən biri hesab edir.
Fond bazarında DQİ-nin təkrar tədavülü üzrə hərraclarda AİF adından AMB çıxış edir. Bakı Fond Birjasının məlumatına görə, aprelin 7-də AİF 35 min DQİ alıb və onlara görə 3 mln. 440,5 min manat ödəyib.
“İpoteka Fondu öz borc qiymətli kağızlarını illik 3% ilə yerləşdirir. Fond 7%-dən az olmayan gəlirliliyə zəmanət verilən qiymətli kağızları alır”, - “Kapital Menecment” investisiya şirkətinin analitiki Cəfər İbrahimov bildirib.
Qeyd edək ki, digər investorlar sırasında ipoteka istiqrazları alıcısı kimi AMB çıxış edir, bununla da onların likvidliyini təmin edir. Sonuncu dəfə belə əqdlər aprelin 1 və 5-də ümumi məbləği 2 mln. manatdan çox həcmdə həyata keçirilib.08B
-
- İqtisadiyyat
- 12 Aprel 2016 13:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz