İpoteka Fondunun kağızlarına tələb təklifdən yeddi dəfə çox olub

28 dekabr 2012-ci ildə Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun (AİF) 3 mln manat həcmində faizli sənədsiz, təminatlı, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac olub. 

On illik kağızlar satışa 100,00% qiymətlə qoyulub. İstiqrazların 3 mln manat emissiyasına qarşı 2 investor tərəfindən tələb nominalla 20,98 mln manat təşkil edib. Təqdim edilən həcmin hamısı yerləşdirilib.

Fondun 40 mln manatlıq adlı istiqrazlarının emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsiu tərəfindən cümə günü qeydiyyata alınıb. İstiqrazların nominal qiyməti 1 000 manat, faiz dərəcəsi illik 3%, silinmə tarixi 6 noyabr 2022-ci ildir. Bu satışa çıxarılan ilk partiyadır. 

2009-2012-cu illərdə Fond 55 mln, 75 mln və 60 mln, 20 mln və 30 mln manatlıq emissiya yerləşdirib. -15D--

 

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti