İpoteka Fondunun müvəkkil bankları ipoteka kreditləşməsini azaldıblar
Azərbaycan İpoteka Fondunun (AİF) müvəkkil bankları 2012-ci ilin sentyabrında ümumi məbləği 3,07 mln manat olan ipoteka kreditləri veriblər. Avqustda bu göstərici 3,24 mln manat olub. Bu, 2011-ci ilin sentyabrındakından 2,5 dəfə azdır.
AİF-in məlumatına əsasən, hesabat ayında Fond 3,97 mln manat krediti təkrar maliyyələşdirib. İlin əvvəlindən ümumi təkrar maliyyələşmə məbləği 69,5 mln manat təşkil edib.
2006-cı ilin əvvəlindən Fondun xətti ilə 391, 02 mln manat ipoteka krediti verilib. 9 ayda ipoteka krediti məbləği 45,58 mln manat olub. Bu, 2011-ci ilin yanvar-sentyabr göstəricisindən 33,7% azdır. Kredit alanların 41%-i 18-29 yaşında, 31%-i 30-35, qalan 28%-i 36 yaşdan yuxarı olanlar alıb.
Dövlət təkcə sosial ipotekaya yardım edir. Bunun üçün hər il 20 mln büdcə vəsaiti ayrılır. Fond bu vəsaiti tam alıb. Kommersiya ipotekası AİF istiqrazlarının buraxılışı hesabına maliyyələşir.
2009-2012-ci illərdə Fond 55 mln və 75 mln, 60 mln və 20 mln manat olan 4 emissiya yerləşdirib. Ötən ilin dekabrında Fondun 30 mln sənədsiz, təminatlı, adlı istiqrazları qeydiyyata alınıb. Fond bu emissiyadan 20 mln manat yerləşdirib.
İpoteka kreditləri Azərbaycan vətəndaşlarına, 50 min manata qədər, 25 ilədək müddətə, illik 8%-dən çox olmamaqla verilir.
Güzəştli kreditlər 35 min manatadək, 30 ilə qədər müddətə, illik 4%-dək dərəcə ilə verilir. --15В--
-
- Cəmiyyət
- 3 Oktyabr 2012 13:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz