Ipoteka krediti rəqəmləri
Azərbaycan İpoteka Fondunun (AİF) müvəkkil bankları noyabrda ümumi məbləği 3,918 mln manat olan ipoteka kreditləri veriblər. 85 nəfər orta hesabla hərəyə 46,1 min alıb.
2006-cı ilin əvvəlindən Fondun xətti ilə 620 mln 243,2 min manat məbləğində 15 min 566 ipoteka krediti verilib. Kreditlərin orta həcmi 39,84 min manat olub.
Bu ilin martında 433 kredit verilib. Ümumi məbləğ 18 mln 290,4 min manat olub. Rüblük hesablamada aprel-iyun liderdir – 768 kredit, məbləğ 33 mln 43,6 min manat. Dördüncü rübdə 7 mln 976,3 min manat məbləğində 173 kredit verilib.
İpoteka kreditləri Azərbaycan vətəndaşlarına, 50 min manata qədər, 25 ilədək müddətə, illik 8%-dən çox olmamaqla verilir.
Güzəştli kreditlər 35 min manatadək, 30 ilə qədər müddətə, illik 4%-dək dərəcə ilə verilir.
Maliyyə Nazirliyi 2014-cü ildə bu məqsədlə 40 mln, 2015-ci il üçün 50 mln manat ayırıb. İctimaiyyət bu xərclərin istiqaməti barədə məlumatlandırılmır.
2013-cü ildə AİF xətti ilə 112,9 mln manat kredit verilib. --17D—
-
- Cəmiyyət
- 5 Dekabr 2014 13:48
-
- İqtisadiyyat
- 5 Dekabr 2014 13:54
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz