İpoteka kreditləşməsi azalmaqda davam edir
I yarımildə Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi azalıb. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, 1 iyul üçün bu göstərici 56,5 mln manat təşkil edib (ötən ilin eyni dövrü ilə müqayisədə mənfi 4,2 mln və ya 6,9%).
AMB-nin məlumatına görə, AİF yanvar-iyunda 37,8 mln. manat (azalma 33,2%) məbləğində krediti yenidən maliyyələşdirib.
Hesabat dövründə AİF sosial ipotekanı maliyyələşdirmək üçün dövlət büdcəsindən 23,9 mln manat məbləğində vəsait alıb.
AİF 2006-cı ilin martından ipoteka kreditləri verməyə başlayıb. AİF kreditləri 30 agent bank vasitəsilə ayırır. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir. --17D—
-
- İqtisadiyyat
- 12 Avqust 2015 12:50
-
- İqtisadiyyat
- 12 Avqust 2015 12:56
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz