İqtisadi inkişaf yoxdur � ekspert
Bakı/09.10.17/Turan: İqtisadçı ekspert Nemət Əliyev 2017-ci ildə Azərbaycanda sosial-iqtisadi vəziyyətin yaxşılaşması haqqında rəsmilərin bəyanatları ilə razı deyil.
Onun sözlərinə görə, ilk 3-4 ayda ÜDM-də cüzi artım qeydə alınıb. Amma sonrakı aylarda ÜDM azalmağa başlayıb.
O, iyuldan etibarən 7%, avqustda isə 9% azalan xarici ticarət dövriyyəsi ilə bağlı vəziyyətin də yaxşı olmadığını deyib. Onun fikrincə, ilin yekunlarına görə ÜDM daha çox azala bilər.
Ekspert xarici ticarətdə xarici valyuta ilə ifadədə gəlirin 30% azalmasını ən çox narahatlıq doğuran hal adlandırıb.
Neft sənayesində neft hasilatı azalır. 8 ay ərzində hasilat 2,4 mln. ton azalıb. İlin sonuna qədər azalma 4 mln. tona çata bilər və bu, ciddi itkilərdir.
Ekspert Əliyev həmçinin ölkədə investisiya mühitinin hələ də cəzbedici olmadığını və bir çox sahibkarların kapitalları ölkədən çıxardığını bildirib.
Pambıqçılığın inkişafı üzrə addımlara gəlincə, onlar hələlik özünü doğrultmur. Örüşün, yem bazasının azalması heyvandarlığa mənfi təsir göstərib və ət qiymətlərinin bahalaşmasına səbəb olub.
Ekspertin fikrincə, əhalinin həyat səviyyəsi pisləşməkdə davam edir. İnflyasiya orta hesabla 14% təşkil etdiyi halda əhalinin gəlirlərinin artımı cəmi 6-7% təşkil edib.
İqtisadçının fikrincə, real nəticələrə nail olmaq üçün əsaslı islahatlara ehtiyac var, amma hələlik bu islahatlardan əsər-əlamət belə görünmür. -05B06-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz