İran aviaşirkəti Bakıya ilk reyslərini həyata keçirib
İyunun 16-da İranın "ATA Airlines" aviaşirkəti tərəfindən Tehran-Bakı-Təbriz və Təbriz-Bakı-Tehran reysinin ilk uçuşu həyata keçirilib.
İranın Azərbaycandakı səfiri Möhsün Pakayinin sözlərinə görə, bu reyslər həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günləri həyata keçiriləcək.
"Airbus 320" təyyarəsi əvvəlcə saat 12:15 radələrində Tehrandan Bakıya uçacaq, 13:30-da Bakıda eniş etdikdən təxminən 1,5 saat sonra Təbrizə qayıdacaq. Ardınca bir qədər fasilə edərək yenidən Bakıya qayıdıb saat 18.00-da Tehrana istiqamət götürəcək. Biletin qiyməti 180 manat olacaq, deyə səfir bildirib. O əlavə edib ki, ilin sonuna qədər Bakı və Məşhəd arasında daha bir reysin aşılması planlaşdırılır. -02D-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz