İran birgə qaz nəqli ilə bağlı Azərbaycanla danışıqlara başlayıb
İran dünya bazarına birgə qaz nəqli ilə bağlı Azərbaycanla danışıqların başlandığını bəyan edib.
ISNA agentlyi bildirib ki, “bu o deməkdir ki, Tehran boru kəmərilə Avropaya qaz ixracı planlarına qayıdıb”.
Agentlik İranın Milli Qaz Şirkətinin rəhbəri Əlireza Kamelidən sitat gətirərək bildirib ki, Azərbaycanın SOCAR Dövlət Şirkəti ilə bu məsələyə dair ciddi danışıqlar aparılır.
“Tehran və Bakı qaz ixracı layihələrinə birgə investisiyalar barədə danışıqlar aparıblar. Eyni zamanda İran yaxın üç ildə qaz hasilatını artırmağı planlaşdırır”, - o qeyd edib.
ISNA qeyd edir ki, böyük təbii qaz ehtiyatları İranın Avropaya əsas ixracatçılarından biri olmasına şərait yaradır. Lakin beynəlxalq sanksiyaların olması bunu etməyə imkan verməyib.
İndiki şəraitdə İranın Azərbaycanla birgə layihələrdə iştirakla bağlı ciddi planlarından danışmaq olar. Bakı Tehrana bu sahədə əməkdaşlıq təklif edib. Belə ki, Azərbaycanın sənaye və iqtisadiyyat naziri Şahin Mustafayev bu yaxınlarda Tehrana səfəri zamanı dünya bazarına neft və qaz ixracı üçün Azərbaycanın infrastrukturundan istifadə etməyi təklif edib. “İran öz neftinin ixracı üçün Azərbaycanın infrastrukturundan, əsasən Bakı-Tbilisi-Ceyhan boru kəmərindən istifadə edə bilər. Gələcəkdə İran Transanadolu boru kəməri layihəsinə də qoşula bilər”, - Ş.Mustafayev bildirib.-02D-
-
- Cəmiyyət
- 11 Avqust 2015 19:51
-
- İqtisadiyyat
- 12 Avqust 2015 12:38
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz