İran və Azərbaycan Xəzərin karbohidrogenlərinin mənimsənilməsində əməkdaşlığı genişləndirmək istəyir
İranın Neft Sənayesi Araşdırmaları Mərkəzi ilə Azərbaycan Dövlət Neft Şirkətinin Araşdırmalar Mərkəzi arasında Xəzər dənizində neft ehtiyatlarının aşkar edilməsi, neft hasilatının artırılması və Xəzərin ekologiyasının qorunması üzrə birgə tədqiqatların aparılması üzrə memorandum imzalanıb
İranın Neft Sənayesi Araşdırmaları Mərkəzinin texnologiyalar və beynəlxalq əlaqələr məsələləri üzrə direktor müavini Əmir Abbas Hüseyni qeyd edib ki, Azərbaycan Dövlət Neft Şirkətinin Araşdırmalar Mərkəzinin hasilat üzrə 80 illik təcrübəsi var.
Əmir Abbas Hüseyninin sözlərinə görə, memorandumda söhbət neft yataqlarının işlənməsindən gedir. Ətraf mühitin qorunması problemi də vurğulanıb. Xəzərin dünya okeanına çıxışı olmadığı üçün bu məsələyə xüsusi diqqət yetirilməlidir.
Əmir Abbas Hüseyni deyib ki, İranın qonşuları Xəzərin resursları hesabına enerji təhlükəsizliyini təmin etmək üçün bir sıra proqramlar həyata keçirib. Azərbaycanla imzalanan memorandum analoji fəaliyyəti nəzərdə tutur. Bu cür sənədlər informasiya və təcrübə mübadiləsi üçün şərait yaradır, deyə Iran.ru bildirib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz elmi tədqiqat layihə Departamentinin rəhbəri Fəxrəddin İsmayılovun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın sonunda Tehranda olub. —0—
-
- Mədəniyyət
- 15 Oktyabr 2014 16:49
-
- İqtisadiyyat
- 15 Oktyabr 2014 16:53
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz