- İqtisadiyyat
- 15 Oktyabr 2014, 16:53
- 153
Azərbaycanın əmtəə dövriyyəsi MDB-nin hesabına azalıb
Yanvar-oktyabrda Azərbaycanın əmtəə dövriyyəsi azalıb. İxracda azalma 3,88%, idxalda 19,16% təşkil edib.
Gömrük Komitəsinin məlumatından görünür ki, səbəb MDB ölkələri üzrə rəqəmlərin azaldılmasıdır. Bu ölkələr üzrə azalma 28,2%-dir. Turan ekspertləri yanvar-iyulda RF ilə əmtəə dövriyyəsində (http://embrus-az.com/economic_partnership.html) azalma olduğnu bildirir. Federal gömrük xidmətinin məlumatına görə, RF ilə Azərbaycan arasında əmtəə dövriyyəsi $2 mlrd 201,9 mln, gömrükçülərə görə $1 081,7 mln olub – iki dəfə fərq var. Rəsmi əmtəə dövriyyəsi tempinin artımının azalması bu amillə bağlıdır (3 rübdə MDB ölkələri ilə əmtəə dövriyyəsinin ümumi həcmi $2 mlrd 081 mln 219,44 min, ötən ilin eyni dövründə isə $2 mlrd 899 mln 111,69 min olub). Bu, gizli iqtisadiyyatın artdığını göstərir. MDB-yə rəsmi ixracat 34% - $622 mln 790,57 minə qədər, idxal 25% - $1 mlrd 458 mln 428,87 minə qədər azalıb. Mənfi saldo $835 mln 638,3 mindir. Ölkənin ixracatında MDB-nin payı 3,59%, idxalda 22,36%-dir.
9 ayda Azərbaycanın xarici əmtəə dövriyyəsi $23 mlrd 878 mln 861,11 min olub və 8,6% azalıb. 2013-cü ildə Azərbaycanın xarici əmtəə dövriyyəsi $34 mlrd 687 mln 919,67 min təşkil edib. --17D—
-
- Siyasət
- 15 Oktyabr 2014 17:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz