İran və Rusiya «Şimal-Cənub» dəhlizi üçün əlavə yük cəlb edəcək
İran və Rusiya dəmiryolu idarələri «Şimal-Cənub» dəhlizi üçün əlavə yük cəlb edəcək, çünki indiki yük dövriyyəsi tərəfləri qane etmir.
«Rusiya Dəmir Yolları» ASC-nin saytının verdiyi məlumata görə, bu məsələ RDY rəhbəri Oleq Belozerovla İranlı həmkarı Möhsün Pursəid Ağayinin görüşündə müzakirə edilib.
Belozerovun sözlərinə görə, 2012-ci ildə RDY Təbriz-Azərşəhr dəmiryolu xəttini elektrikləşdirib. Indi Azərbaycandan birbaşa hərəkətdə iştirakı genişləndirmək lazımdır. Bunun üçün Rəşt-Astara yolu başa çatdırılmalıdır. Bu, Avropa, Fars körfəzi və Cənubi Asiya ölkələri arasında yük daşınmasını sürətləndirəcək.
Tərəflər 495 km uzunluğunda Gərmsar-İncəburun xəttini müzakirə ediblər. Onun 203 km-i dağlıq ərazidən keçir.
Görüşdə əməkdaşlıq istiqamətləri barədə protokol imzalanıb. «Şimal-Cənub» dəhlizi» ilə hər iki istiqamətdə ilkin olaraq ildə 5 mln ton, sonra iki dəfə çox yük daşımaq planlaşdırılır. --17D—
-
- İqtisadiyyat
- 16 May 2016 18:40
-
- Siyasət
- 17 May 2016 00:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz