İrandan Azərbaycana idxal olunan 24 ton kartof zərərsizləşdirilib
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Irandan Azərbaycana daxil olmuş 24 tonluq kartof məhsulunda "kartof güvəsi" aşkar edilib. Bu haqda Turan-a KTN-də məlumat veriblər.
Məhsulun yoxlanılması Respublika Karantin Ekspertiza Mərkəzində aparılıb. Zərərvericiyə yoluxmuş bütün məhsul partiyası zərərsizləşdirilib. Bu haqda İranın Milli Bitki Mühafizəsi Təşkilatına məlumat göndərilib.
Qeyd edək ki, kartof güvəsi kartof da daxil olmaqla, quşüzümü fəsiləsinə aid bir çox bitkilər üçün (pomidor, bibər, badımcan, tütün və s.) təhlükəli zərərvericidir.
Dövlət Gömrük komitəsinin məlumatına görə, 2015-ci ilin 9 ayıda İrandan Azərbaycana 16 825,1 ton taktof gətirilib. Məhsula gömrükdə $1 243 570, və ya kiloqramına 7,4 sent qiymət qoyulub. Hazırda Bakıda 1 kq kartof orta hesabla 80-90 qəpiyə, və ya 55 sentə satılır. 08B
-
- İqtisadiyyat
- 12 Fevral 2016 13:45
-
- İqtisadiyyat
- 12 Fevral 2016 14:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz