Xarici ticarət dövriyyəsinin müsbət saldosu $7,3 mlrd olub – DSK
2015-ci ildə xarici ticarət dövriyyəsinin həcmi 25 mlrd 78 mln olub. İdxal-ixrac əməliyyatlarının müsbət saldosu isə $7,3 mlrd olub, deyə Dövlətstatkom bu gün məlumat yayıb.
Buna qədər Gömrük Komitəsi gömrük statistikasına əsasən 2015-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin $20 645,8 mln, müsbət saldonun $12,2 mlrd olması barədə məlumat vermişdi.
Xarici ticarət əməliyyatlarının statistik artımı xam neftin ixracatının uçotu nəticəsində baş verib. İstər DSK, istərsə də DGK eyni həcmdə - $9 221,4 mln idxal barədə məlumat verir.
Dövlətstatkomun məlumatına görə, 2015-ci ildə qeyri-neft ixracatının həcmi 2,7% artaraq $1 581,2 mln-a çatıb. 08D
-
- Cəmiyyət
- 12 Fevral 2016 13:01
-
- İqtisadiyyat
- 12 Fevral 2016 13:46
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz