İranın rabitə naziri Bakıda
İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Bakıyə işgüzar səfərə gəlib.
Azərbaycan - İran hökümətlərarası komissiyasının həmsədri Mahmud Vaezi avqustun 1-də Bakıda prezident Həsən Ruhaninin Azərbaycana planlaşdırılan səfəri ilə bağlı ölkə rəsmiləri ilə müzakirələr aparacaq.
Əvvəllər İran XİN-i məlumat yaymışdı ki, avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü olacaq. Tərəflər «Şimal-Cənub» nəqliyyat dəhlizi ilə tranzit, eləcə də terrorla mübarizə və Xəzərin statusunu müzakirə edəcək.
Ötən həftə İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur deyib ki, «Gündəlikdəki əsas məsələ «Şimal-Cənub» nəqliyyat dəhlizi, yəni Fars körfəzindən Rusiyaya tranzitdir».
Ruhani Putinlə Suriyadakı vəziyyəti də müzakirə etmək istəyir.
Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünü RF və Azərbaycan XİN başçıları 12 iyulda Bakıda görüşləri zamanı təsdiq ediblər. Amma Məmmədyarov deyib ki, görüşün vaxtı avqustda dəqiqləşdiriləcək. –0—
-
- İqtisadiyyat
- 1 Avqust 2016 14:43
-
- Cəmiyyət
- 1 Avqust 2016 16:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz