İranla regional dostluq
Bakı/06.08.2014/Turan Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və İranın Ticarət və Sənaye Palatası əməkdaşlıq şurasının yaradılmasına dair razılığa gəliblər. Bu barədə ASK-nın məlumatında deyilir.
Sənədi çərşənbə günü Bakıda Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin İranın Ticarət və Sənaye Palatasının sədr müavini Ələkbər Farizi imzalayıb. И İran tərəfi ASK nümayəndələrini cari ilin sentyabr-oktyabr aylarında İranın bölgələrinə səfər etməyə dəvət edib. Bu səfər zamanı iki təşkilat arasında əməkdaşlığa dair saziş imzalana bilər, deyə ASK bildirir.
ASK 1999-cu ilin mart ayında təsis olunub. Hazırda 5 mindən artıq şirkət və 50 müxtəlif sahibkarlar birliyi onun üzvüdür. --17D—
-
- İqtisadiyyat
- 6 Avqust 2014 16:55
-
- Siyasət
- 6 Avqust 2014 17:29
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz