İri ödənişlər 9% azalıb
Yanvar-sentyabrda iri ödənişlərin milli sisteminin (AZIPS) dövriyyəsi 76 mlrd 734 mln manat (ötən ilin eyni dövrü ilə müqayisədə mənfi 9%) olub.
AMB-nin məlumatına görə, 367 min əməliyyat keçirilib (+0,5%), orta həcm 214,2 min manat (mənfi 10%) olub.
Kiçik ödənişlər sisteminin dövriyyəsi (XOHKS) 20 mln 804 min əməliyyat üzrə 10 mlrd 890 mln manat olub. Dövriyyə 2,5%, əməliyyat sayı 7% artıb. Kiçik ödənişlərin orta həcmi 523,3 manat (mənfi 4,6%) olub. --17D—
-
- İqtisadiyyat
- 3 Noyabr 2014 14:47
-
- Siyasət
- 3 Noyabr 2014 14:59
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz