İSB Himayəçilər Şurasının tərkibində dəyişiklik
Aydın Rəhmanov İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri seçilib.
“Standard Insurance” Sığorta Şirkətinin İdarə Heyətinin sədri bu vəzifədən könüllü istefa verən Kamal İbrahimovu əvəz edib, deyə ISB-nin saytı bildirir.
Qərar Büronun iştirakçıları olan sığortaçıların növbədənkənar yığıncağında qəbul edilib. Yığıncaqda İcbari Sığorta Bürosunun 2014-cü il üzrə fəaliyyəti barədə məlumat verilib, “Audatex” şirkəti ilə əməkdaşlıqdan irəli gələn bir sıra məsələlər müzakirə edilib, “İcbari Sığorta Bürosunun informasiya sisteminə Büronun internet səhifəsi vasitəsilə qoşulmağa icazə verilməsi Qaydaları”nın ləğv edilməsi məsələsi, o cümlədən, Büronun tərkibində yaradılmış Komissiyalar barədə məlumatlar diqqətə çatdırılıb, habelə 2015-ci ildə qarşıda duran vəzifələr müzakirə edilib.
Ölkədəki 27 şirkətdən 15-i ISB-nin üzvüdür. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz